Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq
15 Fevral 2012 Çərşənbə 12:26
Ceyranbatan Qurğular Kompleksindən çəkilmiş magistral boru xəttində qəza baş verib.
Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib. “Azərsu” ASC-nin Mətbuat xidməti
və ictimaiyyətlə əlaqələr şöbəsidən ANS PRESS-ə daxil olan məlumata görə, hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar