Sudan Respublikası Xocalı soyqırımı tanıdı
08 Sentyabr 2014 Bazar Ertəsi 14:56
Sudan parlamenti Xocalı sakinlərinə təzminat ödənilməsini tələb edib.
Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin şöbə rəisi Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Sudan parlamentində qəbul olunan sənəddə Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Sudanın qanunverici orqanı Xocalı sakinlərinə hüquqi və mənəvi təzminat ödənilməsini də tələb edib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da erməni əsgərləri Xocalıda dinc əhaliyə qarşı soyqırım törədib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar