“Stratfor”un prezidenti Azərbaycana gələcək
07 İyun 2010 Bazar Ertəsi 14:55
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə ABŞ-ın tanınmış “beyin mərkəzi” olan “Stratforun” prezidenti, tanınmış alim, professor Corc Fridman iyunun 9-dan 15-dək Azərbaycanda səfərdə olacaq.
SAM-dan APA-ya verilən məlumata görə, səfər zamanı C. Fridmanın SAM-da, Azərbaycan Prezident Administrasiyasında, Dövlət Neft Fondunda (ARDNF), Xarici İşlər Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Milli Məclisdə görüşləri nəzərdə tutulub.
O, həmçinin SAM-da “ABŞ-ın xarici siyasətində qeyri-tarazlılıq” mövzusunda keçiriləcək “dəyirmi masada” məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, Corc Fridman “Stratfor”u 1996-cı ildə yaradıb və bu günə kimi təşkilatın rəhbəridir. “Stratfor” dünyada baş verən hadisələr haqqında məlumatları toplayıb təhlil edərək, iqtisadi və geosiyasi proqnozlar hazırlayır. C. Fridman ABŞ-da nüfuzlu siyasətşünaslardan biri olaraq “Növbəti 100 il”, “Amerikanın gizli müharibəsi”, “Gələcək müharibələr” və digər analitik monoqrafiyaların müəllifidir.
Onu da əlavə edək ki, APA ilə “Stratfor” arasında əməkdaşlıq mövcuddur. APA
DOSTLARINLA PAYLAŞ: