“Stratfor”: “ABŞ Gürcüstanı unudub, Azərbaycanı öz tərəfinə çəkməlidir”
18 Yanvar 2011 Çərşənbə Axşamı 10:55
Corc Fridman öz kitabında belə yazıb.
Necə ki, Franklin Delano Ruzvelt Stalinlə və yaxud Nikson Çinlə anlaşırdı, amerikalılar da İranla ağlasığmaz razılaşmaya vərdiş etməli olacaqlar. ANS PRESS-in “The New York Post”a istinadən yazdığına görə, bu fikirlə “Stratfor” müstəqil axtarış-tədqiqat şirkətinin təsisçisi və baş direktoru Corc Fridman çıxış edib.

Fridman özünün “Növbəti yüz il” kitabında Amerika üçün yüz il müddətinə proqnoz verərək bəyan edib ki, yaxın onillik ərzində sözün əsl mənasında heç bir ölkə ABŞ-ın nə iqtisadi, nə də hərbi hegemonluğu üçün təhlükə yaratmayacaq.

Kitabda müəllif özü tərəfindən verilən suallara cavab tapmağa çalışır və fikirlər yürüdür. Nəşr yazır ki, Fridman strateqdir və onun əsas qayğısı müharibələrin və ya Hindistan kimi demokratik ölkələr də daxil olmaqla ABŞ-a mesaj verə biləcək istənilən gücün qarşısının alınmasından ibarətdir.

Kitabında bir çox mətləblərə toxunan Fridman ABŞ-ın Rusiya ilə birbaşa münaqişəyə girməsini məsləhət görmür. Bunun əvəzində isə o, iqtisadiyyatın inkişaf etdirilməsini və Macarıstan, Slovakiya və Türkiyə kimi ölkələrlə siyasi münasibətlərin gücləndirilməsi üçün mümkün olan hər şeyin edilməsini tövsiyə edir.

Müəllif kitabında ABŞ-ın Gürcüstan və Azərbaycanla bağlı strategiyasına da toxunub. O bildirib ki, Gürcüstana yardım göstərilməsini unutmaq lazımdır. Çünki bu, olduqca kiçik fayda əvəzində resursların boşa verilməsi deməkdir. Onun sözlərinə görə, bunun əvəzində isə ABŞ neft mənbəyi və Amerikanın regionda əməliyyat aparması üçün platforma kimi Azərbaycanı öz tərəfinə çəkməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar