Strasburqda azərbaycanlı gənclərin forumu keçirilir
11 Mart 2011 Cümə 23:11
Forum iştirakçılarına Xocalı faciəsi ilə bağlı film təqdim olunub.
Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurasında öz işinə başlayan Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) ikinci hissəsi Azərbaycanın Rusiyadakı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın forum iştirakçılarına müraciəti və təbrik məktubunun oxunması ilə başlanıb. Daha sonra AMOR-un nümayəndəsi forum iştirakçılarına təşkilatın yaranması və onun fəaliyyəti barədə məlumat verib.
Forum Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Qarabağ” fondunun nümayəndəsi Tural Kərimlinin çıxışı ilə davam edib. Fond nümayəndəsi bu gün Qarabağ həqiqətlərinin dünyaya tanıtması baxımından xaricdə təhsil alan Azərbaycanlı tələbələrin görə biləcəyi önəmli işlərdən söz açıb.
Daha sonra forum iştirakçılarına Xocalı faciəsini özündə əks etdirən və bir gəncin gözü ilə dünyaya çatdıran “Qaçqın Anar Usubovun “Uzun yolçuluğu” filmi təqdim olunub.
Bununla da konfransın ilk günü öz işini bitirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: