SSRİ-nin sabiq prezidenti: Onlar getməsə, partlayış olacaq
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
Mixail Qorbaçov hesab edir ki, Medvedev-Putin tandeminin vaxtı bitib.
“Onlar getməlidir. Yeni qüvvələrin axını ilə siyasətdə yenilik edilməlidir”. Belə bir bəyanatla SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov çıxış edib. Rusiya mətbuatının yazdığına görə, Berlində “Dünyanı dəyişmiş insan” mükafatının təqdimatında çıxış edən Qorbaçov Rusiyaya rəhbərlik edən tandemlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Medvedevlə Putinin hakimiyyətdən getməyinin vaxtı çatıb. Onun sözlərinə görə, yeni qüvvələrin siyasətə gəlişi təmin edilməsə, azad seçki keçirmək mümkün olmayacaq.

“Dövlətin taleyi çox ciddi zərbə ilə üzləşə bilər. Yeniləşmə olmasa, partlayış baş verə bilər”, - deyə o vurğulayıb.

Sabiq prezident Rusiyanın hazırki rəhbərlərini korrupsiyaya dəstək verməkdə günahlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar