Sovet dövründən miras qalan torpaq sahələri sahiblərinə çatdırılmalıdır
21 Yanvar 2011 Cümə 06:50
Torpaq sahibləri reyestr xidmətinin ərazi idarəsinə müraciət etməklə sənədləri ala bilərlər.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Bakı şəhər icrayə komitəsi və xalq deputatları sovetinin qərarı ilə müəsissə və təşkilatların işçilərinə bağçılıq təsərrüfatı üçün torpaq sahələri ayrılıb. İttifaq dövründə müəyyən şəxəslər bu bağçılıq sahələrini alsalar da, bəziləri əllərində rəsmi sənəndlər olduğu halda torpaq sahələrinin mülkiyyətçisi ola bilməyib.

Amma ölkə qanunvericiliyinə görə, keçmiş sovet dövründən miras qalan torpaq sahələri sahiblərinə çatdırılmalıdır. Vətəndaşlar onlara aid torpaq sahələrini əldə etmək üçün bu prosedur qaydalardan keçməlidir. Hüquqşünas Tahir Əlirzayev Dövlət reyestr xidmətinə müraciət edərək sənədlərin alına biləcəyini deyib: “Bakı şəhər hakimiyyətinin bağçılıq idarəsi ləğv olunduğundan bütün sənədlər hazırda Dövlət reyestr xidmətinə təhvil verilib. Bu şəxslər reyestr xidmətinin ərazi idarəsinə müraciət etməklə sənədləri ala bilərlər”.

Hüquqşünas Tahir Əlirzayev sovet dönəmindən qalan torpaq sahəsini əldə etmək üçün vətəndaşların toplamalı olduğu sənədləri də bildirib: “İlk növbədə üzvlük kitabçası, protokoldan çıxarış və bölgü sxemi lazımdır. Əgər bunlar yoxdursa onun adına arxiv sənədləri var. Həmin şəxs dövlət reyestr xidmətinə sorğu göndərərək sənədləri toplayıb məhkəməyə verməlidir”.

Qeyd edək ki, vətəndaş sorğu əsasında topladığı sənədi məhkəməyə verdikdən sonra buradan qətnamə alır. Bu qətnamə şəxsi torpağın tam hüquqlu mülkiyyətçisinə çevirir.

Qeyd edək ki, torpaq sahibi əgər vəfat edibsə onun mirasçısı dövlət reyestr xidmətinə müraciət edib 37-nömrəli arayış almalıdır. Daha sonra bu arayışı notariat kontoruna verib vərəsəlik haqqında şəhadətnamə əldə etməlidir. Bu hüquqi sənəd şəxsin torpağ üzərində hüququnu artırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar