Sorğu: Bu həftə prezident seçkiləri keçirilsə, kim qalib gələrdi?
05 Noyabr 2010 Cümə 03:05
Azərbaycanda keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti İlham Əliyevi dəstəklədiyini bildirib.
Prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, respondentlərin 82,2 faizi Azərbaycan Prezidenti İlham Əliyevə səs verərdi. Bu, “RƏY” Monitorinq Mərkəzinin oktyabrın 27-31-də keçirdiyi rəy sorğusunun nəticələrindən məlum olub. Sorğuda 1500 respondent iştirak edib.

Sorğu iştirakçılarının hakimiyyət qurumlarına və dövlət təşkilatlarına etimadının səviyyəsi də müəyyən edilib. Rəyi soruşulanların 75 faizi Prezident İlham Əliyevə etibar etdiyini bildirib.

Rəy sorğusunun nəticələrindən məlum olub ki, respondentlərin 58,3 faizi hökumətə, 38,3 faizi parlamentə etibar edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar