Soçi görüşündə həmsədrlər də iştirak edəcək
04 Mart 2011 Cümə 11:01
Bu barədə ATƏT-in rəsmi sayı məlumat yayıb
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ) Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşündə iştirak edəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönələn Soçi görüşü Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü və iştirakı ilə baş tutacaq. Bu, analoji formatda keçiriləcək 8-ci görüş olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar