Soçi görüşündə gərginlik baş verib
11 Avqust 2014 Bazar Ertəsi 11:50
Soçidə keçirilən prezidentlərin üçtərəfli görüş zamanı gərginlik yaşanıb. İlham Əliyev ilə Serj Sarkisyan arasında qısa mübahisə olub.
Dünən Soçidə keçirilən prezidentlərin üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) görüş zamanı gərginlik yaşanıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Sarkisyan arasında qısa mübahisə olub. İlham Əliyev son dövrdə artan gərginlik və Qarabağ probleminin 20 ildən bəri həll olunmamasından narahat olduğunu dilə gətirib.

Ölkə başçısı BMT-ninn qətnamələrini xatırladaraq Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini deyib: "BMT Təhlükəsizlik Şurası illər əvvəl işğal altındakı Azərbaycan torpaqlarının erməni qüvvələri tərəfindən boşaldılması qərarı vermişdi. Ermənistan BMT-nin bu qərarını hələ də hansısa səbəbdən yerinə yetirmir".

İlham Əliyevin bu sözləri Serj Sarkisyanı haldan çıxarıb. Ermənistan prezidenti özünə xas gülməli cavab verib: "BMT-nin Qarabağ mövzusunda dörd qərarı var. Görəsən Azərbaycan bu qərarlardan hansını yerinə yetirdiyini bizə söyləyə bilərmi?", - deyə söyləyib.

Üç tərəfli görüşdə Azərbaycan və Ermənistan liderlərinin dialoqu qısa müddət üçün gərginliyi artırıb. Ancaq Sarkisyan sonradan vəziyyətdən çıxış yolu tapmaq üçün sözlərinə düzəliş edib. Ermənistan prezidenti İlham Əliyevə Ermənistan xalqı adından təşəkkür edərək məsələnin sülh yolu ilə həllinin hamı üçün ümid verici olduğunu söyləyib".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlı Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməyə (822, 853, 874, 884) hələ də Ermənistan tərəfindən əməl olunmur.







DOSTLARINLA PAYLAŞ:

oyunlar