Soçi danışıqları ATƏT-in başçısında nikbinlik yaradıb
14 Mart 2011 Bazar Ertəsi 16:08
"Minsk qrupu ATƏT-in əsas sənədlərinə hörmətsiz yanaşdığına dörə indiyə qədər Azərbaycana qarşı edilmiş təcavüzü düzgün qiymətləndirə bilmir”
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin martın 5-də Soçidə görüşünün nəticələri ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisdə nikbinlik yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisinin deputatı Asim Mollazadə ATƏT-in sədri ilə görüşünün yekunlarına dair bildirib.

“ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, martın 5-də Soçidə keçirilən görüş onda nikbinlik yaradıb”, -deyə A.Mollazadə A.Ajubalisin bazar ertəsi Bakıda Azərbaycanın siyasi partiyalarının nümayəndələri ilə görüşünü şərh edərək bildirib.

"ATƏT bu münaqişənin həllinə böyük diqqəti göstərməlidir", - deyə A.Mollazadə A.Ajubalisə istinadən bildirib.

Öz çıxışında A.Mollazadə qeyd edib ki, "ATƏT-in Minsk qrupu ATƏT-in öz əsas sənədlərinə hörmətsiz yanaşdığına dörə indiyə qədər Azərbaycana qarşı edilmiş təcavüzü düzgün qiymətləndirə bilmir”. "Bu münaqişənin ATƏT tərəfindən düzgün qiymətləndirilməsinin olmaması problemin həllinə mane olur. Mən ATƏT sədrinin diqqətini həmçinin 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlinə cəlb etdim. Bu onu göstərir ki, münaqişə dondurulmayıb, hər gün mülki insanlar, uşaqlar bu təcavüzə məruz qalırlar, ", - deyə deputat qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar