Slovakiyadan Azərbaycanın ərazi bütövlüyünə dəstək
15 Mart 2010 Bazar Ertəsi 15:15
Miroslav Layçak: “Biz Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq”
Slovakiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Slovakiyanın ölkəmizdə səfərdə olan xarici işlər naziri Miroslav Layçak bildirib. Nazir qeyd edib ki, Slovakiyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi aydındır.

“Slovakiya münaqişənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır. Biz münaqişənin Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində dinc yolla həllini dəstəkləyəcəyik”, - deyə Slovakiyanın XİN rəhbəri bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar