Slovakiya səfirliyi Dağlıq Qarabağa təbrik göndərilmədiyini bəyan etdi
06 Sentyabr 2011 Çərşənbə Axşamı 00:27
“Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır”
Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa “müstəqiliyinin” 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərində dərc olunuş informasiyanı təkzib edib. Slovakiyanın Moskvadakı səfirliyinin təkzibində deyilir ki, təbrik onların öz təşəbbüsüdür, KİV-lərdə dərc olunmuş informasiyada göstərilən vəzifələri - “Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri” vəzifələri isə həqiqətə uyğun deyil. Təkzibdə deyilir: “Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar. Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar