Şimali Qafqazda növbəti dəfə insident baş verib
13 Avqust 2010 Cümə 05:35
Naməlum şəxsin açdığı atəş nəticəsində milis əməkdaşı ağır yaralanıb.
İnquşetiyanın paytaxtı Nazranda naməlum şəxslər milis əməkdaşının xidməti avtomobilinə atəş açıb. Hadisə nəticəsində bir milis əməkdaşı yaralanıb. Onun vəziyyətinin ağırdır. Hadisə yerində əməliyyat axtarış işləri aparılır. İnquşetiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində isə bu ilin iyulunda milis əməkdaşlarına və hərbçilərə hücum etməkdə şübhəli bilinən Xarun Pliovun dəstəsinin bir üzvü öldürülüb. Hadisə yerindən silah-sursat və əldədüzəltmə qumbaraatan aşkar olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar