Şimali Kiprdə Azərbaycanla bağlı televiziya proqramı yayıma başlayıb
10 İyun 2012 Bazar 13:04
“Dialoq televiziya proqramı DAU TV-də nümayiş olunur.
Şimali Kiprdə Azərbaycanla bağlı televiziya proqramı yayıma başlayıb. Şimali Kiprdə fəaliyyət göstərən, dünyanın tanınmış ali təhsil ocalarından biri olan Doğu Akdeniz Universitetində magistratura təhsili alan və həmin universitetdə işləyən həmyerlimiz Orxan Həsənoğlunun təsis etdiyi “Dialoq” televiziya proqramı yayın həyatıma başlayıb. Şimali Kiprin tanınmış telekanallarından biri olan DAU TV-də yayımlanan proqram Azərbaycana həsr olunub. Bu barədə verlişin qurucusu və eyni zaman da aparıcısı olan Orxan Həsənoğlu ANS PRESS-ə məlumat verib. Məlumata görə verlişin açılmasının əsas məqsədərindən biri xaricdə Azərbaycanı, azərbaycançılıq ideyasını, ölkəmizin milli maraqlarını, həqiqətlərini, mədəniyyət və tarixini təbliğ etmək və xarici izləyicilərin nəzərinə çatdırmaqdır: “ Bura da dünyanın müxtəlif ölkələrdən gələn turistlərin olması və Şimali Kipirdə 5 universitetin fəaliyyət göstərməsi buraya 70-ə yaxın ölkədən tələbələrin gəlməsi diaspora fəaliyyəti baxımından olduqca əlverişlidir”.
Belə ki, bu məqsədlə ayda iki dəfə yayımlanan “Dialoq”-un qonaqları müxtəlif sahələrdə çalışan xarici və azərbaycanlı mütəxəssislər, tanınmış insanlar olur. Onlarla aparılan “Dialoq”-da Azərbaycanın müxtəlif sahələri, bu sahələrdə əldə edilən uğurlar, gənclərimiz və s mövzularda söhbətlər aparılır.
Bu günə kimi 3 dəfə yayımlanan verilişin qonaqları sırasında, Doğu Akdeniz Universitetinin rektoru, professor Abdulah Öztopraq, həmin universitetin Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov, ölkəmizin tanınmış muğam ustası və əməkdar artist Bəsti Sevdiyeva, DAU Azərbaycan Cəmiyyətinin vitse-prezindeti Tofiq Hüseynovu göstərmək olar.
Orxan Həsənoğlu bildirib ki gələcəkdə verilişin TRT AVAZ və Azərbaycanın televiziyalarından birində ortaq yayımı planlaşdırılıb: “Hazırda bununla bağlı işlərimiz davam edir, danışıqlar aparılır. Ümid edirik ki, yaxın müddətdə buna nail olacayıq”.
DOSTLARINLA PAYLAŞ: