Silahlı Qüvvələrimizin mövqeləri bu gecə atəşə tutulub
08 Sentyabr 2014 Bazar Ertəsi 10:49
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Novruzlu, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar