Silahlı münaqişə zamanı mədəni irsin qorunması
21 Yanvar 2010 Cümə Axşamı 17:50
Muzey Mərkəzində Qırmızı Xaç Cəmiyyətinin birgə təşəbbüsü sayəsində konfrans keçiriləcək
Muzey Mərkəzinin akt zalında "Silahlı münaqişə zamanı mədəni irsin qorunması" adlı konfrans keçiriləcək. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, tədbir yanvar ayının 27-də baş tutacaq.
Sözügedən konfrans Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsi ilə Qırmızı Xaç Cəmiyyətinin birgə təşəbbüsü sayəsində reallaşacaq.
Konfransda müharibələr zamanı və dondurulmuş münaqişə ocaqlarında mədəniyyət abidələrinin qorunması, ölkələrin öz mədəni irsinin qorunmasına, o cümlədən başqalarının da mədəni irsinin qorunmasına verməli olduğu önəmdən, silahlı münaqişələr zamanı mədəni hüquqların və mədəni mülkiyyətin müdafiəsindən bəhs olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: