Şeyxülislam şəhidin meyitinin qaytarılması üçün Kirillə müraciət edəcək
07 Avqust 2010 Şənbə 13:40
Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bu barədə bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan ordusunun şəhid giziri Mübariz İbrahimovun meyitinin qaytarılmasına yardım göstərməsi üçün Moskva və Bütün Rusiyanın patriarxı Kirillə müraciət edəcəyini deyib.
APA-nın xəbərinə görə, bu barədə A. Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında bildirib. Şeyx M. İbrahimovun meyitinin qaytarılması ilə bağlı danışıqların aparıldığını qeyd edib. A. Paşazadə bu işdə Kirillin vasitəçiliyindən istifadə edəcəklərini vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: