Şeyxülislam Hacı Allahşükür Paşazadə Ermənistana gedəcək
30 Mart 2011 Çərşənbə 10:58
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Konfessiyalararası Şuranın iclasında iştirak edəcək.
APA-nın məlumatına görə, bu barədə Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası məlumat yayıb. Kilsə təmsilçisi Vaqram Melikyan iclasda hansı məsələlərin müzakirə olunacağını dəqiqləşdirməyib, lakin tədbir çərçivəsində Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü də istisna etməyib. Xatırladaq ki, QMİ sədri Vladiqafqazda dindarlarla görüşü zamanı bütün ermənilərin katalikosu II Qareginlə görüşü mümkün saydığını deyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar