Şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinə səfər edəcək
18 Noyabr 2011 Cümə 14:57
Şeyxülislam Allahşükür Paşazadə Moskva şəhərinə səfər edəcək. Məqsəd bütün Rusiya Patriarxı Kirilin yubiley tədbirlərinə qatılmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Bu barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Onun sözlərinə görə, səfərdə məqsəd Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətlərinin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərinə qatılmaqdır. 22 noyabradək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - Patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur.
QMİ sədrinin, həmçinin, yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İliya ilə görüşü planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: