Şeyxülislam Allahşükür Paşazadə İrana gedir
30 Sentyabr 2011 Cümə 14:18
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İranda Fələstin xalqının haqlı mübarizəsinə Azərbaycan dövlətinin dəstəyindən danışacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün İran İslam Respublikasına yola düşür. BU barədə məlumatı ANS PRESS-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Səfərdə məqsəd 1-2 oktyabr tarixlərində Tehranda keçiriləjək "Fələstin xalq hərəkatının müdafiə olunması" mövzusunda beşinci iclasın işində iştirak etməkdir.

Səfər İran İslam Respublikası Parlamentinin sədri Əli Larijaninin şəxsi dəvəti ilə həyata keçirilir. Şeyxülislam A. Paşazadə iclasda məruzə ilə çıxış edəcək. Öz məruzəsində QMİ sədri Fələstin xalqının haqlı mübarizəsinə Azərbaycan dövlətinin dəstəyini, bu sahədə atdığı əməli addımları xüsusi vurğulayacaq, müsəlman həmrəyliyinin bu problemin həllində böyük önəm kəsb etdiyindən, habelə Qarabağ probleminin həlli yönümündə İslami birlik amilinin olduqja vacib rolundan bəhs edəcək.

Səfər müddətində QMİ sədri Şeyxülislam A. Paşazadənin İran dövlətinin rəhbərliyi və rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar