Seyfəddin Qəndilovla vida məasimi keçirilib
22 İyul 2010 Cümə Axşamı 02:45
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov 2-ci fəxri xiyabanda torpağa tapşırılıb.
Əməkdar Elm Xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovla vida mərasimi keçirilib. Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulub. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub, fəxri qarovul düzülüb. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər qoyulub.

Seyfəddin Qəndilov 2-ci fəxri xiyabanda torpağa tapşırılıb.

Seyfəddin .Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, sonra təhsilini həmin universitetin aspiranturasında davam etdirib. O, əmək fəaliyyətinə universitetdə komsomol komitəsinin katibi kimi başlayıb, müxtəlif ali məktəblərdə dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik edib. 400-ə yaxın məqalənin, bir çox monoqrafiyanın və dərsliklərin müəllifi olan S.Qəndilov elmi kadrların yetişməsində yaxından iştirak edib, onun rəhbərliyi altında xeyli doktorluq və namizədlik dissertasiyası müdafiə olunub.

Allah rəhmət eləsin! ANSRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar