Seyf əl-İslam Qəddafi: “Öz torpaqlarımızda öləcəyik”
01 Sentyabr 2011 Cümə Axşamı 01:40
“Heç kim təslim olmayacaq”
Liviya lideri Müammər Qəddafinin oğlu Sədi Qəddafi qan tökülməsinin qarşısının alınması üçün qiyamçıların rəhbərləri ilə danışıqlar apardığını bəyan edib. Məlumatı “Reuters” ageniliyi “Əl Ərəbiyyə” telekanalına istinadən yayıb.

Sədi Qəddafinin sözlərinə görə, o, atasının tapşırığı ilə ötən gün Qiyamçıların Tripolidəki qüvvələrinin komandanı ilə telefonla danışıb. “Biz qan tokülməsinin dayandırılmasın əsaslanan danışıqlar barədə müzakirələr apardıq… Biz onların (Milli Keçid Şurası) leqal tərəfi təmsil etdiklərini etiraf edirik. Amma biz də hökumətik və danışıqlar üçün leqal tərəfik”, - Qəddafinin oğlu bildirib.

Lakin bundan bir qədər sonra Müammər Qəddafinin digər oğlu - Seyf əl-İslam Tripoli əhalisinə audiomüraciət edib. O, bildirib ki, Liviya paytaxtının yaxınlığındadıdır və Tripoli tezliklə qiyamçılardan azad ediləcək. O, tərəfdarlarını üsyançılara son damla qanlarına qədər müqavimət göstərməyə çağırıb. “Biz öz tğorpaqlarımızda öləcəyik. Heç kim təslim olmayacaq”, - Seyf əl-İslam Qəddafi bəyan edib.

Liviya liderinin oğlu bildirib ki, atası özünü yaxşı hiss edir və təhlükəsiz yerdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar