Səudiyyə Ərəbistanının spikeri İçəri Şəhəri gəzib
18 İyun 2010 Cümə 16:40
Qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə ətraflı məlumat verilib.
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxin rəhbərlik etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, nümayəndə heyətinin Qoruq ərazisində gəzintisi təşkil edilib. Qonaqlara İçəri Şəhər gəzintisi zamanı dünya şəhərsalma sənətinin nadir nümunəsi, UNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilib.

Gəzinti dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb. Burada Şirvanşahlar Sarayı Kompleksinin bənzərsiz memarlıq xüsusiyyətləri və tarixi barədə informasiya əcnəbi qonaqların diqqətinə çatdırılıb.

Azərbaycanın Mərkəzi Asiyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin sübutu olan – Buxara Karvansarası ilə tanışlıqla gəzinti davam etdirilib. Sonda çoxəsrlik tarixə malik, Bakının simvolu əzəmətli Qız Qalası, onun tarixi və strukturu barədə geniş informasiya verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar