Səsini kəs! Protokolları imzala
12 Oktyabr 2009 Bazar Ertəsi 09:25
Lavrov Nalbandyana məhz belə deyib: Səsini kəs! Protokolları imzala.
Bildiyiniz kimi ötən şənbə Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair protokollara imza atıblar.
İmzalanma mərasimi iki ölkə nazirləri arasında onların yekun çıxışlarının mətnilə bağlı yaranan fikir ayrılığı səbəbindən az qala imzalanmayacaqdı.
“Kommersant” qəzetinin yazdığına görə isə, Sürix Universitetində yaranan qarışıqlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov aradan qaldırıb. Belə ki, son məqamda o ermənistanlı həmkarına “Səsini kəs! Protokolları imzala və yox ol!” sözlərinin qeyd olunduğu kağız ötürüb.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: