Serqey Lavrov Bakıya gələcək
06 İyul 2011 Çərşənbə 15:19
Rusiya xarici işlər naziri Serqey Lavrov Dmitri Medvedevin müraciətini gətirəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edəcək. Diplomat rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülübloğlu bildirib.
Səfir Polad Bülbüloğlunun sözlərinə görə, Elmar Məmmədyarovun Moskvaya səfərindən öncə Rusiya xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfərə gələcək.
Qeyd edək ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri Serqey Lavrov Bakıya iyulun 8-də səfər edəcək, daha sonra isə İrəvana yollanacaq. Serqey Lavrov tərəflərə Rusiya prezidentinin müraciətini çatdıracaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: