Serj Sarkisyan Soçi görüşünü “açar” sayır
13 Mart 2011 Bazar 00:19
“Həmişə istəmişik ki, sülh prosesi möhkəmlənsin”.
Martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilən görüşü “açar” hesab etmək olar. Bunu Ermənistan prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, danışıqlar üçün dəqiq əsas var və qısamüddətli razılaşmalar mövcuddur. Onun sözlərinə görə, uzunmuddətli planda danışıqlar davam edir: “Sanki Soçi görüşünd əbizim hansı yollar irəliləyə biləcəyimiz cızıldı. Qısamüddətli razılaşmalar isə bu planda vacibdir ki, əvvəla, onlar atəşkəs rejiminin mövhkəmlənməsi və saxlanmasına yönəlib, ikincisi, onlar lakmus kimi işləyir və tərəflərin öhdəliklərini necə yerinə yetirildiyini göstərə bilirlər”. Serj Sarkisyan bildirib ki, erməni tərəfi uzun müddətdir atəşkəs rejiminin qorunmasından və etimad tədbirlərinin görülməsindən danışırmış.
Ermənistan prezidentinin sözlərinə görə, hər zaman gərginliyi yaratmaq asandır. Sülh prosesi, gərginliyin aradan qaldırılması isə çətindir: “Və biz indi razılaşmarımıza uyğun olaraq, gərginliyi aracan qaldıran prosesə giririk. Bu, normal danışıqlar aparmağa, onları başa çatdırmağa və əgər uğurlu olsa, hədəflərimizə çatmağa imkan yaradacaq. Düşünürəm ki, həmsədrlərin danışıqlara qədər və sonra baş verənləri öyrənməyə, ictmaiyyətə baş verənlərlə bağlı məlumat verməyə imkanı var. Biz istənilən yardımı göstərməyə, öhdəliklərimizi yerinə yteirməyə hazırıq. Biz həmişə istəmişik ki, əsgərlərimiz ölməsin. Həmişə istəmişik ki, sülh prosesi möhkəmlənsin”.
“Mənim sözlərim o demək deyil ki, əgər danışıqlar aparılırsa, silahlı qüuvvələrin döyüş qabiliyyəti üzərində işlənməməlidir. Yox. Bu danışıqların hədəfə çatmaq üçün proses və ya vasitə olduğunu anlmaq lazımdır”, - deyə Serj Sarkisyan bildirib.
Ermənistanın dövlət başçısı hesab edir ki, Soçi görüşü əvvəlkilərdən fərqlənib: “Qısası, bunları deməliyəm: danışıqlar davam edir, sənəd var və biz bu sənəd üzərində işləyirik, bu, uzunmüddətli prosesdir və bizim yerinə yetirməli olduğumuz qısamüddətli razılaşmalar var”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: