Serj Sarkisyan da müharibə bəyanatı verdi
29 Noyabr 2009 Bazar 00:25
Serj Sarkisyan: “Dağlıq Qarabağa əl uzadılmasına ən sərt üsullarla cavab verməyə hazırıq”
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Lakin biz Dağlıq Qarabağa əl uzadılmasına imkan verməyəcəyik və buna ən sərt üsullarla cavab verməyə hazırıq”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının qurultayındakı çıxışında deyib.
Serj Sarkirsyanın sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinə sadiqdir: “Əsas prinsiplər bizim hədəfimiz olub və indi də belədir. Biz bu prinsiplər əsasında danışıq aparırırıq. Aydındır ki, münaqişənin nizamlanması həddindən artıq çətin prosesdir. Yekun qərarın qəbulu üçün illər lazım ola bilər. Lakin nizamlamanın hazırkı mərhələsi ümid verir ki, ağılabatan müddət ərzində məsələnin məntiqi həllinə nail olmaq mümkündür”.
Serj Sarkisyan qeyd edib ki, münaqişələr yalnız ədalətə və ağıllı qarşılıqlı güzəştlərə söykənən həlli sabit və uzunmüddətli ola bilər: “Öz torpaqlarında yaşayan xalqların koloniyalaşdırılması dövrü keçib. Biz bəyan edirik ki, münaqişə Dağlıq Qarabağ xalqının kollektiv iradəsi əsasında həll olunmalıdır. Bu halda sülh uzunmüddətli və real ola bilər”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar