Sərhədlərin açılmasından söhbət gedə bilməz
19 Fevral 2014 Çərşənbə 15:35
Nazir Türkiyə ilə Ermənistan arasında iqtisadi və siyasi əlaqələrin qurulmasının Qarabağ münaqişəsinin həllindən keçdiyini deyib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə ilə Ermənistan arsındakı münasibətləri normallaşdırması və sərhədlərin açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Əhməd Davudoğlu bu gün Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonda keçirilən mətbuat konfransında bu informasiyaların əssasız olduğunu deyib:

“Biz hər dəfə bəyan edirik ki, Azərbaycanlala Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər sərhədlərin açılmasından söhbət gedə bilməz. Biz birmənalı şəkildə Azərbaycanın mövqeyni dəstəkləyirik".
Nazir Türkiyə ilə Ermənistan arasında iqtisadi və siyasi əlaqələrin qurulması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar