Sergey Lebedev: “İişğal olunmuş ərazilərin boşaldılması məsələsi müzakirə edilir”
10 Noyabr 2010 Çərşənbə 00:20
MDB-nin icraçı katibi Sergey Lebedev Rusiyanın vasitəşiliyi ilə aparılan danışıqların mövzusunu açıqladı.
“Müstəqil Dövlətlər Birliyi və ilk növbədə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar. Biz Azərbaycan və Ermənistanın yaxınlaşması işində addım-addım irəliləyirik”. Bunu MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev jurnalistlərə müsahibəsində bildirib.
O deyib ki, bu yaxınlarda Həştərxanda Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı razılığa gəliblər: “Bu, praktiki olaraq mövqelərin yaxınlaşdırılmasında ilk addım olmuşdur. Bunlar kiçik addımlardır, lakin biz onların ardınca digər işlərin görülməsi üçün əlimizdən gələni edirik. İndi işğal olunmuş ərazilərin qaytarılması, Azərbaycan ilə Naxçıvan və Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhlizin yaradılması məsələlərini müzakirə edirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: