Sergey Lavrov və Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
28 Yanvar 2010 Cümə Axşamı 16:50
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Londonda ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.
APA-nın Rusiya saytlarına istinadən yaydığı xəbərə görə, S. Lavrov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü haqqında həmkarına məlumat verib. S. Lavrov Rusiyanın ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib: “Biz Soçi görüşünün nəticələri ilə bağlı fikir mübadiləsi apardıq. Bu, sadə məsələ deyil, amma onun həllini tapmaq üçün bütün tərəflərin istəyi var”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar