Sergey Lavrov: Razılaşmağın vaxtı çatıb
11 İyul 2011 Bazar Ertəsi 14:51
XİN rəhbəri Sergey Lavrov Rusiya prezidentinin Qarabağ müraciətinin məğzini açıqlayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsi üzrə müraciətinin məğzini açıqlayıb. Rusiya XİN-in Twitter-dəki rəsmi kanalının məlumatına görə, Sergey Lavrov bildirib ki, Medvedevin müraciəti tərəflərin artıq razılaşmağının vaxtının çatması ilə bağlıdır.
"Cavab gözləyirik", deyə XİN-in şəbəkədəki bloqunda Lavrovdan sitat gətirilib.
Xatırladaq ki, Sergey Lavrov iyulun 8-də əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edərək prezidentlərə Dmitri Medvedevin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müraciətini və təkliflərini təqdim edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: