Sergey Lavrov Qazaxıstanda Xəzər məsələsini müzakirə edəcək
21 Fevral 2010 Bazar 02:05
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Astanaya ikigünlük səfəri başlayır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Qazaxıstana işgüzar səfərə gedəcək. O, Astanada bir sıra aktual məsələləri müzakirə edəcək.
Rusiya XİN rəsmisi Andrey Nesterenko bildirib ki, Sergey Lavrov ikigünlük səfər çərçivəsində Qazıxsitan prezidenti Nursultan Nazarbayevləgxörüşəcək və xarici işlər naziri Kanat Saudabayevlə danışıqlar aparacaq. XİN nümayəndəsi əmindir ki, nazirin bu səfəri müxtəlif sahələrdə Rusiya-Qazaxıstan əlaqələrinin inkişafına töhfə verəcək. Sergey Lavrov Astanada 2009-2010-cu illər üzrə Rusiya və Qazaxıstan arasında birgə fəaliyyət Planının reallaşdırılmasının ilkin nəticələrini müzakirə edəcək.
Andrey Nesterenko deyib ki, səfər zamanı əsas diqqət iki ölkə arasında beynəlxalq aləmdə, o cümlədən MDB məkanındakı inteqrasiya birliklərində əməkdaşlıq məsələlərinə yönədiləcək. Rusiyanın MDB-də, Qazaxıstanın isə ATƏT-dəki sədrliyinin gedişi ətraflı müzakirə olunacaq, birgə perspktiv planlar müəyyənləşdiriləcək.
Andrey Neseterenko onu da deyib ki, rusiyalı nazirin səfər gündəliyinə təhlükəsizlik məsələləri, xüsusilə, Əfqanıstan faktorunun Orta Asiya reginuna təsiri, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, transsərhəd çaylarının rasional istifadəsi ilə bağlı müzakirələr də daxildir.
Qeyd edək ki, Qazaxıstan Urayna və Belarusdan sonra Rusiyanın üçüncü ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında mal dövriyyəsi 13 milyrd dollar olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: