Sergey İvanov: "Rusiya Xəzərin bölünməsinə qarşıdır"
04 May 2011 Çərşənbə 13:36
Rusiya baş nazirinin müavini Sergey İvanov: Rusiya Xəzər dənizinin sahilyanı ölkələrin akvatoriyası üzrə bölünməsinə qarşıdır.
Rusiya Xəzər dənizinin sahilyanı ölkələrin akvatoriyası üzrə bölünməsinə qarşıdır. Rusiyanın baş nazirinin müavini Sergey İvanov ölkəsinin bu mövqeyini bir daha təsdiqləyib.

"Rusiya Xəzərin unikal daxili su mühitinə malik olduğunu hesab edir və onun milli sektorlar üzrə akvatoriyalara bölünməsinə qarşı çıxır. Çünki, bu suyun son 70 il ərzində təsərrüfat sahəsində istifadəsinə kökündən baxılmasını tələb edir", deyə İvanov bu gün Həştərxan şəhərində Rusiya Federasiyası hökuməti yanıda Dəniz kollegiyasının iclasında çıxışında bildirib.

İvanv əmindir ki, Rusiya Xəzərin ayrı-ayrı resursları, məsələn su bioresursları bölünməzdir və bütün sahilyanı ölkələr tərəfindən onların saxlanılması üzrə razılaşdırılmış siyasət yürüdülməlidir.

O bunlara misal olaraq, ekologiyanın müafiəsi, əsasən neft məhsullarının qəza zamanı dağılmanısının qarşısının alıbnasını misal çəkib. İvanov xatırladıb ki, Rusiya artıq Xəzərin dibinin delimatiasiyası prolemini həll edib. Mövcud məsələ ilə bağlı Azərbaycan və Qazaxıstanla müvafiq razılaşmalar imzalanıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar