Serbiya prezidenti Boris Tadiç Bakıya gəlib
12 May 2010 Çərşənbə 19:30
Boris Tadiç Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək
Bu gün Serbiya prezidenti Boris Tadiç Bakıya gəlib. Ölkə başçısı İlham Əliyevin dəvəti ilə reallaşan səfər sabaha qədər davam edəcək. Səfər zamanı ikitərəfli münasibətlər müzakirə olunacaq.
Tadiç Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: