Serbiya Hacı Allahşükür Paşazadəni mükafatlandırıb
24 May 2012 Cümə Axşamı 18:04
Bütün Qafqazın şeyxinə “İmperator Böyük Konstanti”nin qızıl sikkəsi təqdim edilib.
Serbiyanın Azərbaycandakı səfiri Loran Voyoviç Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadəyə Milan fərmanının 1700 illiyinin qeyd edilməsinə həsr olunmuş “İmperator Böyük Konstanti”nin qızıl sikkəsini təqdim edib. Mükafatın təqdim edilməsinə səbəb Hacı Allahşükür Paşazadənin Azərbaycanın dəstəyi ilə Belqradda təmir edilmiş “Bayraqlı Came” Məscidinin və Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin açılışında iştirak etməsidir.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Serbiya ilə Azərbaycanın bir-birinə tarixi cəhətdən yaxın olduğunu qeyd edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar