Separatçıların lideri Dağlıq Qarabağın gələcək statusundan danışdı
24 İyul 2010 Şənbə 00:25
Ermənistan danışıqların formatında dəyişikliyə növbəti dəfə cəhd edir.
Dağlıq Qarabağ separatçıları özlərinin danışıqlar prosesində iştirakının təmin etmək üçün iş aparır. Bunu separatçıların lideri Bako Saakyan Xankəndidə jurnalistlərə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrpunun bu məsələyə yanaşması dəyişib. Bako Saakyan bildirib ki, Ermənistan da bu istiqamətdə iki ildir fəaliyyət göstərir: “Rəsmi bəyanatlarda erməni tərəfi qeyd edir ki, danışıqlarda Dağlıq Qarabağı təmsil edir. Lakin onu da bildirir ki, Dağlıq Qarağağın iştirakı olmadan nizamlanma ilə bağlı qərar qəbul etmək mümkün deyil”. Qarabağ separatçılarının lideri hesab edir ki, onlar danışıqlarda iştirak etməydilər, ATƏT-in Minsk qrupu daha böyük nəticələrə nail ola bilərdi.
Bako Saakyan Dağlıq Qarabağın gələcək statusundan da danışıb. Onun sözlərinə görə, separatçılar Dağlıq Qarabağın yekun statusunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi çərçivəsində görmür. Münaqişənin həlli ilə bağlı qarşılıqlı güzəştlər ehtimalına toxunan separatçı lider bildirib ki, bu məsələdə tərəflərin mövqeləri haçalanır. O deyib ki, seperatçılar danışıqlar prosesində iştirak etsələr, status məsələsində mövqelərini ortaya qoya bilərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: