Səməd Seyidov: “Ermənistan təşvivə düşüb”
04 Sentyabr 2010 Şənbə 02:15
Səməd Seyidov: “Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacibdir”
“Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda geniş məlumat əldə edir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, əsas məqamlardan biri budur ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir. Onun fikrincə, bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir.

Komitə sədri artıq Ermənistanın təşvişə düşdüyünü də vurğulayıb. Çünki BMT müstəvisində müzakirəyə çıxarılan bu məsələ Ermənistanı işğalçı kimi tanıtmaqla yanaşı, Azərbaycanın diplomatik uğurudur: “Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək. Bütün hallarda, bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar