Şəhidlərimiz dəfn edildi
02 Avqust 2014 Şənbə 23:19
Ağdam, Biləsuvar və Qaxda şəhidlərimizin dəfn mərasimi keçirilib.
Azərbaycan ordusu daha 4 şəhid verdi.
ANS TV-nin məlumatına görə, artıq ikinci gündür ki, cəbhə xəttində şəhid olan hərbçilərimizin dəfn mərasimi keçirilir. Xalq şəhid övladlarını son mənzilə yola salmaq üçün bir araya gəlir. Son gecə şəhid olan hərbçilərimiz də artıq uğrunda öldükləri vətən torpağına tapşırılıb. Yaralanan hərbçilərə yerli hospitallarda ilkin tibbi yardım göstərildikdən sonra, ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onlar sanitar-helikopterlərlə Bakıya təxliyyə olunur. Silahlı Qüvvələrin Baş Klinik Hospitalından aldığımız məlumata görə, yaralıların hospitala gətirilməsi davam etdirilir.
Torpaği uğrunda bu gecə, daha 4 igid azəri oğlu canindan keçdi,8-i yaralandi.
Helikopterlə Bakiya hərbi hospitala gətirilən yarali hərbçilərə bütün lazimi tibbi yardim göstərilsə də həkimlər onlarin vəziyyətini hələki kafi qiymətləndirir.
Şəhid olan hərbçilər bu gün torpağa tapşırıldı.
Həlak olan hərbçilərimiz
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Ağdam
23 yaşli şəhid Sərxan Quliyevin ailəsi birinci Qarabağ savaşinda da şəhid verib. Sərxaninda qismətinə əmisi kimi şəhidlik zirvəsi yazilibmiş. Sərxan şəhid əmisinin qizi ilə ailə quranda nə biləydi ki, şəhid qizina şəhidin həyat yoldaşi olmaq acisini da yaşadacaq. Bir övladi olan Sərxan bu yaxinlarda ikinci dəfə ata olacaqdı. Amma tale ona ikinci dəfə ataliq duyğusunu yaşatmadi. O bu gün yaşadiği Xocavənd qəsəbəsində torpağa tapşirildi.
Biləsuvar
Ötən gecə şəhid olan hərbçilərdən ikisi Biləsuvarin Nərimankənd kəndində doğulub. 2 övladi olan 34 yaşli gizir Pərvin Əliyev və 27 yaşli gizir Rahil Hüseynov da bu gün doğulduqlari kənddə torpağa tapşirilib.
Qax
Qax rayon sakini 25 yaşli şəhid gizir Elçin Əhmədovun 15 gündən sonra nişani olacaqdi. Noyabrin 2-ə isə toy günü təyin olunmuşdu. Elçinin valideynlərinə onun toyunu deyil, yasini görmək nəsib oldu. Elə ata-anasınida yandirib yaxan budur.
Elçin bu gün Qaxdaki Şəhidlər Xiyabaninda torpağa tapşirildi. Onu son mənzilə yola salmağa hərbi hissədəki dostlari, yaxinlari, Müdafiə Nazirliyinin nümayəndələri, bir sözlə onu taniyan hər kəs gəlmişdi. O da başqa şəhidlərimiz kimi əbədiyyətə qovuşdu. Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: