Şəhidin bibisi döyüşə gedir
07 Avqust 2014 Cümə Axşamı 12:34
Biləsuvarlı qadın qardaşı oğlunun qanını almağa söz verib.
Ötən gün Biləsuvar rayonu Nərmankənd kəndində cəbhə xəttində şəhid olan daha bir hərbçinin medalı ailəsinə təqdim edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, mərasim zamanı baş verən hadisə hər kəsi təsirləndirib.

Şəhid Anar Qafarzadənin ölümündən sonra verilən medal onun anasına təqdim olunub. Mərasim zamanı şəhidin bibisi izdihamın içinə girərərək Anarın qanın almaq üçün könüllü olaraq cəbhəyə gedəcəyini bildirib. Şəhidin bibisinin bu çağırışı gələn qonaqlar tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə düşmən hücumunu dəf edərkən Anar Vidadi oğlu Qafarazadə ağır yaralanıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Əsgər şəhid olub.

Şəhid avqustun 4-də doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar