Şəhid Fərid Əhmədovun ölümündən 40 gün ötür
13 Oktyabr 2010 Çərşənbə 23:02
Şəhid Fərid Əhmədovun ölümündən 40 gün ötür. Bu gün Сəlilabad rayonunda onun xatirəsi anılıb.
Qarabağ bölgəsində sentyabr ayının 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olmuş, lakin meyitinin hələ də erməni tərəfində saxlanıldığı Fərid Əhmədovun bu gün Сəlilabad rayonunda xatirəsi anılıb. Azərbaycan bayrağı və şəhidin şəkilləri olan 50-dək avtomobildə paytaxt, Cəlilabad, Biləsuvar, Lənkəran və Masallı rayonlarından gələn 100-dən artıq Vətənsevər əvvəlcə Cəlilabaddakı Şəhidlər Xiyabanına baş çəkib, sonra Fərid Əhmədovun Cəlilabaddakı ata evinə, şəhidin qırx mərasiminə toplaşıb.

“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən aksiya zamanı Fərid Əhmədovun valideynlərinə başsağlığı verilib, şəhidin ruhuna dualar oxunub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar