Şəhid əsgərlərimizin meyitləri ailələrinə bu ggün təhvil veriləcək
07 Noyabr 2010 Bazar 04:35
Yaxınları Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri dəfn etmək üçün saat 11.00-da götürə biləcəklər.
Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin ekspertizası bu gün başa çatacaq. Meyitlərin şəhidlərin yaxınlarına saat 11.00-da təhvil veriləcəyi göslənilir. Bu barədə məlumatı ANS PRESS-ə şəhid Fərid Əhmədovun dayısı Aslan Bayramov verib.
Qeyd edək ki, ötən gün saat 16.00 radələrində cəbhə xəttində Azərbaycan tərəfinə təhvil verilən iki şəhidin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindədir. Meyitlər ekspertizadan keçirilir. Bu məqsədlə şəhidlərin valideynlərindən qan analizləri götürülüb.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: