Səfir Vladimir Doroxin: “Qəbələ RLS Rusiya Federasiyasının maraqlarına uyğun məqsədləri tam yerinə
08 İyun 2011 Çərşənbə 13:12
“Qəbələdəki “Daryal” analitik-informasiya mərkəzinin istismar şərtləri və icarəsinə dair sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır. Sazişin şərtlərinə əməl olunur, Qəbələ RLS tam şəkildə Rusiya Federasiyasının maraqlarına uyğun məqsədləri yerinə yetirir.
Ümid edirəm ki, bu məqsədlər digər ölkələrin, o cümlədən Azərbaycanın da maraqlarına uyğundur”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin keçirdiyi mətbuat konfransında deyib.
O, Rusiyanın imzalanan sazişin reallaşması üçün Azərbaycanla normal və məhsuldar əməkdaşlıq etdiyini deyib: “Buraya həmçinin Rusiya hərbçilərinə öz vəzifələrini yerinə yetirmək üçün müvafiq şəraitin yaradılması da daxildir. Bu məsələ ilə bağlı yenidən açıqlama vermək zərurəti yaransa, biz bu açıqlamanı verəcəyik”.
Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın səviyyəsini şərh edən Doroxin bildirib ki, Rusiya əməkdaşlığın səviyyəsindən razıdır: “Qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq beynəlxalq hüququn bütün tələblərinə uyğun həyata keçirilir. Buraya silah alqı-satqısına dair razılaşdırılmış hesabat formalarının hazırlanması da daxildir. Biz bu hesabatı hər il dərc edirik”. APA
DOSTLARINLA PAYLAŞ: