Səfir: "Bakı və Ankara qazın qiymətini razılaşdırıb"
25 Fevral 2010 Cümə Axşamı 14:40
Türkiyənin Azərbaycandakı səfirinin sözlərinə görə, danışıqlar yekunlaşmaq üzrədir
Türkiyə Azərbaycanla qazın qimyətini razılaşdırıb və bu haqda danışıqlar artıq yekunlaşmaq üzrədir. Bu barədə Turan agentliyinə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
“Dəqiq qiyməti deyə bilmərəm, amma razılıq əldə olunub və danışıqlar tezliklə başa çatacaq. Türkiyə indiyədək aldığı qaz üçün də ödəniş edəcək”, deyə səfir qeyd edib.
Bakı və Ankara artıq uzun müddətdir Azərbaycanın Xəzərdəki “Şahdəniz” yatağından qazın qiymətini razılaşdıra bilmir. Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql etmək və bazar qiyməti ilə satmaq istəyir. Lakin Ankara qazı Azərbaycandan alıb, Avropaya satmağı təklif edir. Bu, tərəflər arasında uzunmüddətli mübahisələrə səbəb olub və “Nabucco” qaz kəmərinin gələcəyini sual altına qoyub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: