Səfir: “Azərbaycanlıların adlarını açıqlamağı lazım bilmirdik”
04 İyun 2010 Cümə 15:20
Səfir: “Azərbaycanlıların adlarını açıqlamağı lazım bilmirdik”. İsrailin ölkəmizdəki səfiri açıqlama verib.
İsrailin Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücum zamanı saxlanılan iki azərbaycanlı bazar günü Vətənə göndəriləcək. Bu barədə keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem bildirib. Səfir azərbaycanlıların səhhətinin də normal olduğunu deyib. İsraildə saxlanılan “Azadlıq donanması”nda olan iki azərbaycanlı Məhərrəm Orucov və Qaraoğlan Quliyevdir.
“Bu iki şəxsin adının açıqlanmamasının səbəblərindən biri sırf onlarla bağlı məxfiliyi qorumaq idi. Biz fikirləşirik ki, onların adını açıqlamaq lazım deyildi. Ona görə biz bir sıra detallara girmək istəməmişdik. Beş dəqiqə bundan əvvəl məlumat aldım ki, bu şəxslərdən birinin qardaşı mənimlə əlaqə saxlamaq istəyir. Görüşümüz yekunlaşandan sonra mən onunla əlaqə saxlayacağam. Hazırda onlar Təl-Əviv hava limanından bir qədər aralıda miqrantların saxlandığı ərazidədirlər. Və geri qayıtmaqları da sırf qanunauyğun bir məsэlədir. İlk gələn təyyarə ilə onlar Bakıya qayıdacaqlar. Mənim bildiyim qədər İordaniyaya göndərilənlərin çoxu birbaşa uçuşlarımızın həyata keçirilmədiyi ölkələrin vətəndaşlarıdır. Orada olanların çoxu da ərəb ölkələrindən olan vətəndaşlar idi. Digər ölkələrin də sərnişinləri hansı ölkəyə getməklə bağlı özləri qərar veriblər, istər Türkiyə olsun, istərsə də İordaniya. Azərbaycan vətəndaşları İsraili tərk etmək istəmələri barədə sənəd imzalayıblar”, - deyə Mixail Lavon Lotem bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: