Martın 28-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Qətərə rəsmi səfərə yola düşüb. Onun Qətər rəhbərliyi və Silahlı Qüvvələrin komandanlığı ilə görüşləri nəzərdə tutulur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hamad bin Ali Al-Attiyahın dəvəti ilə baş tutan səfər zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Səfər çərçivəsində Azərbaycan və Qətər hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazisin imzalanacağı gözlənilir./ANSPRESS/