Səfər Əbiyev İranın müdafiə naziri ilə görüşüb
22 Oktyabr 2011 Şənbə 19:30
Azərbaycan və İran müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Bu gün Azərbaycana işgüzar səfərə gələn İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əhməd Vəhidinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

S. Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücləndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar