Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün İordaniya Krallığına rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində onun İordaniya Krallığının baş naziri Nadir Dəhabi və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əl-Sarayrah ilə görüşləri nəzərdə tutulur.
İordaniya Birləşmiş Qərargah rəisləri Komitəsi sədrinin dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. /ANS PRESS/