Səfər Əbiyev BQXK rəsmisi ilə əsirlərin qaytarılmasını müzakirə edib
28 Sentyabr 2010 Çərşənbə Axşamı 14:50
Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri Müdafiə Nazirliyində olub.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri xanım Paskal Mec Vaqneri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı nazir Səfər Əbiyev BQXK ilə əlaqələrin genişləndirilməsinə diqqət çəkib.

Səfər Əbiyev bildirib ki, bu beynəlxalq qurumun indiki zamanda fəaliyyətini daha da gücləndirməsinə və öz missiyasına uyğun olaraq müharibə qurbanlarının vəziyyətilə daha yaxından məşğul olmasına böyük ehtiyac yaranıb.

Görüş zamanı nazir Səfər Əbiyevlə xanım Paskal Mec Vaqner arasında əsirlərin qaytarılması məsələsi də müzakirə olunub. Səfər Əbiyev iki Azərbaycan hərbçisinin meyitinin geri alınması üzərində xüsusilə dayanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar