Səfər Əbiyev Bolqarıstan prezidenti ilə görüşüb
31 May 2012 Cümə Axşamı 18:55
Görüşdə prioritet mövzulardan biri Dağlıq Qarabağ münaqişəsi olub.
Sofiyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bolqarıstan prezidenti Rosen Plevneliyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Bolqarıstanla Azərbaycan arasında hərbi siyasi əlaqələrin mövcud durumu və əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, S. Əbiyev Bolqarıstana rəsmi səfər edib. Nazir səfər çərçivəsində bu ölkənin müdafiə naziri Anyu Anqelovla görüşüb. Müdafiə nazirlərinin görüşündə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri və regiondakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb. Hərbi-texniki məsələlərin də müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də prioritet mövzu olub.

Nazirlər Bolqarıstan-Azərbaycan hərbi əlaqələrinin dinamik inkişafından məmnunluqlarını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar